Müsəlmanlar
Zəkat vaxtı ələ gələn pul da hesablanmalıdır?

Zəkat vaxtı ələ gələn pul da hesablanmalıdır?

Sual: Təzə bir iş yeri açmaq məqsədilə əvvəlki obyekti başqasına verdim. Ancaq indi iş qurmağa gücüm çatmır. Bir sözlə, bundan əvvəlki obyekti satdığım üçün əlimdə bir qədər pul var. Zəkat məsələsində nə cür hərəkət etməliyəm?

Cavab: Əgər keçən il sizə zəkat vermək düşürdüsə, bu il əlinizdə olan zəkat mallarından və puldan zəkat verməlisiniz.

Bundan əvvəl zəkat verməli vəziyyətdə olmadığınız halda obyekti satdığıınız gündən bəri zəkat verəcək vəziyyətə gəlmisinizsə, onun üstündən 1 qəməri il (354 gün) keçməyini gözləməli, həmin gün malik olduğunuz mallarınızın, eləcə də, pulunuzun zəkatını verməlisiniz.

Bu məsələyə dair ətraflı məlumat almaq üçün aşağıdakı keçidə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/3848.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.