Müsəlmanlar
Ata-ana, övlad və nəvəyə nəyə görə zəkat vermək olmaz?

Ata-ana, övlad və nəvəyə nəyə görə zəkat vermək olmaz?

Sual: İnsan öz valideynlərinə, uşaqlarına və nəvələrinə nə üçün zəkat verə bilməz? Bunun bir məntiqi əsası var?

Cavab: Müsəlman bir şəxs özünün yuxarı (üst) nəsildən ((Dini terminologiyada buna “üsul” deyilir.)) olan ana, ata, baba, nənə kimi qohumlarına, eləcə də, aşağı (alt) nəsildən olan uşaqları və nəvələrinə ((Dini terminologiyada buna “füru” deyilir.)) əgər möhtacdırlarsa, baxmalıdır. Yəni, onların dolanışıqlarını təmin etməlidir. Əgər onlara zəkat versə, mənfəət yenə qayıdıb özünə gələcək. Bu səbəbdən də fiqh kitablarında qeyd edilir ki, həmin şəxslərə zəkat vermək olmaz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.