Müsəlmanlar
Fəcr surəsindəki “10 gecə” ifadəsi ilə Zilhiccə ayının orucları nəzərdə tutulur?

Fəcr surəsindəki “10 gecə” ifadəsi ilə Zilhiccə ayının orucları nəzərdə tutulur?

Sual: İnternet şəbəkəsində Zilhiccə ayının ilk günlərində tutulan oruc başda olmaqla, həmin ayda xeyirli işlər görməyi tərifləyən rəvayətlər gəzib dolaşır. Bu rəvayətlər nə dərəcədə səhih-düzgün və mötəbərdir? Bu barədə məlumat verməyinizi, məsələnin əsl cəhətini izah etməyinizi xahiş edirəm.

Cavab: Quranın Fəcr surəsində belə ayələr var:

“Fəcrə və 10 gecəyə and olsun!” (Fəcr, 89/1-2)

Bu barədə çox söz deyilir. Sizin sualınızda qeyd etdiyiniz fikir də səsləndirilir.

Cavab olaraq hər şeydən əvvəl deyim ki, oruc gecə deyil, gündüz tutulan bir ibadətdir. Həmin 10 gün isə Ramazan ayının axırıncı 10 günüdür. Belə çıxır ki, həmin günlər Muhəmməd peyğəmbərin (s. a. v.) etikafa çəkildiyi günlər-gecələrdir. Hərçənd 10 gün də ola bilməz. Çünki o günlərdən biri Ramazan bayramıdır.

Nəticə olaraq, bu gecələrin Ramazanın axırıncı 10 gecəsi olması ehtimalı daha güclüdür. Bunu peyğəmbərimizin (s. a. v.) həmin vaxtlarda etikafa çəkilməyindən öyrənirik.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin müəllimi, İslam hüququ kafedrasının müdiri.))

Etikaf haqqında burada oxuya bilərsiniz:

http://www.muselmanlar.com/tedqiqatlar/880.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.