Müsəlmanlar

İslamda toy etmək və toyda çalğı çalmağa necə baxılır?

Sual: İslam dinində toy etməyə necə baxılır? Əgər bu düzgün deyilsə, xahiş edirəm, səbəblərini bildirin.

Cavab: Toy etmək olar. Yəni, dini baxımdan caizdir. Hətta peyğəmbərimiz (s. a. v.) tərəfindən dəf çalıb evliliyi insanlara elan etmək barədə əmr verilmişdir. Bu məsələdə əsas odur ki, dinin qadağan etdiyi şeylərə yol verilməsin. Toyda bir-birinə haram olan qadın və kişilərin birlikdə oynamağı və qonşuların çalğılarla narahat edilməsi kimi işlərdən uzaq durmaq lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.