Müsəlmanlar
Müalicə olunan xəstənin oruc tutmağı problem yarada bilər?

Müalicə olunan xəstənin oruc tutmağı problem yarada bilər?

Sual: Mənim qızım sümük xəstəliyindən əziyyət çəkir. Hal-hazırda müalicə olunur. Onun oruc tutmağı bir problem yarada bilər?

Cavab: Qızınızın oruc tutmağının problem yaradıb yaratmayacağını biz bilə bilmərik; buna biz qərar vermirik. Biz sadəcə olaraq aktual dini məsələlərin Quran və Sünnəyə əsasən izahı ilə məşğul oluruq. Başqa sözlə, bu məsələnin dini cəhəti ilə maraqlanırıq. Odur ki, qızınızın oruc tutmağının onda fəsadlara səbəb olub olmayacağını onu müalicə edən həkimlər bilir və bu məsələdə qərar onlara aiddir.

Məsələnin dini cəhətinə baxaq: Qızınız hazırda müalicə aldığı üçün oruc tutmamaq icazəsi var. Bu icazədən istifadə edib orucunu tutmaya bilər. Müalicə başa çatdıqda və yaxşılaşdığı təqdirdə tuta bilmədiyi orucları qəza etməlidir.

Oxşar sual və cavabları ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3708.html

http://www.muselmanlar.com/fitvalar/1911.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.