Sual: Ərlə arvadının arasında hansı növ cinsi qadağalar var? Qısaca izah etməyinizi xahiş edirəm.
Cavab: Uca Allah ər və arvadı bir-birinə halal edib. Ər arvadının, qadın da ərinin seksuallığından istədiyi vaxt istədiyi formada istifadə edə bilər. Lakin ər-arvadın arasındakı bu seksual azadlıq sahəsi böyük olmasına baxmayaraq sərhədsiz deyil. Yəni, ərlə arvadın arasında cinsi məzmunlu haramlar da var.
Bu haramların bir hissəsi daimidir; həmişə qüvvədədir. Bir qismi isə müvəqqətidir. Aşağıda 10 bənd halında göstərdiyimiz həmin haramların ilk 5-i daimi, digərləri isə müvəqqəti haramlardır:
1) Aybaşı və zahılıq halında cinsi əlaqədə olmaq (http://www.muselmanlar.com/fitvalar/1327.html);
2) Arxa orqandan təmas (http://www.muselmanlar.com/fitvalar/2174.html);
3) Başqalarının yanında sevişmək və cinsi əlaqədə olmaq;
4) Əzab-əziyyət verməklə və əzab-əziyyət verdirməklə cinsi əlaqədə olmaq;
5) Cinsi öhdəlikdən imtina etmək;
6) İla etmək;
7) Zihar etmək;
8) Oruclu olduğu halda cinsi əlaqədə olmaq;
9) Etikafda olduqda cinsi münasibətdə olmaq (http://www.muselmanlar.com/tedqiqatlar/880.html);
10) Ehramlı olduqda cinsi əlaqədə olmaq (http://www.muselmanlar.com/fitvalar/3663.html)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.