Müsəlmanlar

Üzrlü səbəbdən oruc tuta bilməyənlər pul verməlidirlər?

Sual: Mən üzrlü səbəbə görə oruc tuta bilmirəm. Bu halda kimi isə yedizdirib-içizdirməliyəm, yoxsa pul verməliyəm?

Cavab: Oruc tutmamaq üçün üzrlü səbəblər xəstəlik və səfər üstündə olmaqdır. Bunlardan savayı heç bir şey üzrlü səbəb kimi qəbul olunmur.

Xəstə və səfərdə olduğu üçün orucunu tuta bilməyənlər də oruclarını Ramazandan sonra qəza etməlidirlər. Bunun əvəzinə hansısa ödənişdən söhbət belə gedə bilməz. Allah orucla əlaqədar olaraq belə buyurur:

“Sayılı günlərdə (Orucu sayılı günlərdə tutun)… Sizin aranızdan xəstə və ya səfər üstə olan(lar) tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun…

“Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqı batildən) ayıran Quran o ayda endirilmişdir.

Allah sizə asanlıq diləyir, çətinlik diləmir. Bir də o sayı tamamlamağınızı və sizə göstərdiyi doğru yol üzrə Ona təkbir gətirməyinizi istəyir. Bəlkə, şükr edəsiniz.

Sizdən kim Ramazana yetişərsə, onu oruclu keçirsin. Kim də xəstə olsa və ya səfərdə olsa, tutamadığı günlər qədər başqa günlərdə oruc tutsun.” (Bəqərə, 184-185)

Ətraflı məlumat üçün aşağıdakı yazını nəzərdən keeçirin:

http://www.muselmanlar.com/fitvalar/3722.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.