Müsəlmanlar
Oruc vaxtı televizora baxmaq günahdır?

Oruc vaxtı televizora baxmaq günahdır?

Sual: Orucluqda televizoru açmaq olmaz?

Cavab: Bu barədə deyilənlər əsassızdır. Bu,  Aşurə günü sabun işlətməyin günah olduğunu demək kimi bir şeydir. Heç bir əsası yoxdur. İslam dinində qadağa və məhdudiyyətlərin sayı məhduddur; qalan hər şey halaldır.

Odur ki, orucluq ayında da televizora baxmaq olar. Təbii ki, bütün günü ekranın qabağında keçirmək olmaz. Televizoru: “Vaxt keçsin”, – deyib vaxt öldürmə vasitəsinə çevirmək olmaz.

“Televizora baxmaq təhlükəlidir və yaxud deyil” demək olmaz. Əgər bir verilişdə milli-mənəvi dəyərlərimizə, dinimizə, əxlaq anlayışımıza və ailə ədəb-ərkanımıza zidd şeylər varsa, ona baxmaq düz deyil. Bununla yanaşı, televizora baxdıqda heç bir ibadəti keçirməmək lazımdır. Bir sözlə, televizora baxmaq namaz qılmaq və məscidə getməyə mane olmamalıdır. Bunları yerinə yetirmək şərtilə televizora baxmaq olar. Ətraflı məlumat buradadır:

http://www.muselmanlar.com/fitvalar/1456.html

http://www.muselmanlar.com/fitvalar/4827.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.