Müsəlmanlar

Qulağa dərman tökmək orucu batil edir?

Sual: Məlumdur ki, indi Ramazan ayındayıq. Mən də oruc tuturam. Qulağımda bir müddətdir ki, narahatlıq var. Həkim mənə qulaqdan axan ifrazatı azaltmaq məqsədilə mütəmadi olaraq dərman yazır. Bu dərman mayedir, onu qulaqlarıma damızdırıram. Dərhal ağrını kəsir və çirklənməni xeyli azaldır. Sualım budur: Oruclu bir şəxs qulağına dərman töksə, orucu batil olur?

Cavab: Bizdə olan məlumatlara görə insanda qulaqla boğazın arasında bir kanal olur. Lakin qulaq pərdəsi həmin kanalı bağlı saxlayır. Buna görə də qulağa tökülən bir dərman (əgər söhbət normal bir qulaqdan gedirsə) boğaza gedib çatmır. Nəticə etibarilə, orucu pozan hallardan biri baş vermir; oruc batil olmur.

http://www.muselmanlar.com/fitvalar/oruc

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.