Müsəlmanlar
Yaxşıca başa düşdüyümüz Quran ayələrini tanış-bilişə çatdırmalıyıq?

Yaxşıca başa düşdüyümüz Quran ayələrini tanış-bilişə çatdırmalıyıq?

Sual: Mən Quranı oxuyuram, fikirləşirəm. Tanış bilişə də deyirəm ki, baxın, Allah belə deyir, ancaq siz başqa cür hərək edirsiniz, sizin bu rəftarınız ayələrə əsasən düzgün deyil. Onlar da mənə: “Sən ayələri öz bildiyin kimi izah edirsən. Özünə görə başa düşürsən.” Sualım budur: Mən bir fərd kimi həm özümü, həm də dost-tanışı Qurandan agah etməli deyiləmmi?

Cavab: Təbii ki, başa düşüb dərk etdiyiniz ayələri tanış-biliş, qohum-əqrəba və qonum-qonşuya çatdırmalısınız. Bu, hər bir müsəlmanın borcudur. Allah bununla əlaqədar olaraq belə buyurur:

“Sən Mənim cəzamdan qorxanlara Quranla məlumat (öyüd-nəsihət) ver!” (Qaf, 50/45)

Göründüyü kimi, ayədə məlumat verməkdən söhbət gedir. Əgər tərəf-müqabiliniz və həmsöhbətiniz olan şəxslər Allahın cəzasından çəkinmirlərsə, sizin oxuyacağınız ayələrin onlar üçün o qədər də əhəmiyyəti olmur. Bu, ayələrdən irəli gələn bir şey deyil; onların bu məsələdəki tutumundan asılıdır. Bəzi insanlar Cənnətə getməyi sanki 100 % təminat altına alıblarmış kimi hərəkət edirlər. Hətta elə hesab edirlər ki, həm özləri Cənnətə gedəcəklər, həm də yanlarından kimi isə apara biləcəklər.

Odur ki, bir müsəlman olaraq Quran ayələrini insanlara çatdırmaq, yəni, onları məlumatlandırmaq lazımdır. Qərar isə onların özlərindən asılıdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.