Sual: Cümədən sonra “zöhr axır” namazı qılmaq olar, yoxsa yox? Bu mövzuya aydınlıq gətirərsizmi?
Cavab: Cümə namasından sonra zöhrü axır namazının qılınıb-qılınmayacağı ilə əlaqədar olaraq Dini İşlər Ali Təşkilatında bir müzakirə mətni dərc edilmişdir. Bizim də razılaşdığımız görüş aşağıdakı kimidir:
ZÖHR AXIR (axır günorta) NAMAZI
“Axır günorta namazı” mənasına gələn zöhr axır namazı bir çox İslam alimləri tərəfindən, Cümə namazının səhih olmama ehtimalına dayanaraq, ehtiyata uyğun olaraq qılınmasını irəli sürdükləri zöhr axır o günün günorta namazıdır.
Səhihlik şərtlərindəki ixtilaf səbəbilə Cümə namazının etibarlı olmaması ehtimalını nəzərə alaraq zöhr axır namazının qılınmasının doğru olduğunu irəli sürənlər olduğu kimi, buna qarşı çıxanlar da olmuşdur.
A) Zöhri axir namazının qılınmasının doğru olduğunu irəli sürənlərin dəlilləri
Zöhr axır namazının doğru olduğunu irəli sürənlərin dayandığı səbəb, eyni ərazidə yerləşmiş bir çox məsciddə qılınan Cümə namazının səhih olmayacağı ehtimalıdır. Bunlara görə bir məcburiyyət olmadıqca, məskunlaşmış bir ərazinin ancaq bir məscidində Cümə namazı qılınır. Ehtiyac olmadığı halda, birdən çox yerdə qılınan namazların içində ancaq ən birinci namaza başlayanların Cümə namazı qəbul edilir, digərlərində isə qəbul edilməz. Bu halda digərləri günorta namazını qılmalıdırlar. Cümə namazının hansının daha əvvəl qılındığı məlum olmadığı zaman, problemin həlli üçün günorta namazını qılmaları bir ehtiyat tədbir olaraq irəli sürülmüşdür. Bu görüşlərini də, Cümə namazının bir araya gəlmək və xütbə vermək məqsədi daşıdığı fikrinə əsaslanaraq, Peyğəmbər (s.a.s.) və xüləfa raşidin zamanında tək bir yerdə Cümə qılındığına dayandırmışlar. ((Şirbini, Muğnil-Möhtac, I/544; Nəvəvi, əl-Məcmu, IV/451-452; Sahnun, el-Müdəvvənə, I/277-278; İbn Kudamə, əl-Muğni, III/212; Huraşi, Şərhu Muxtasarı Xəlil, II/74-75.))
B) Zöhr axır namazının qılınmasının doğru olmadığını irəli sürənlərin dəlilləri
Zöhr axır namazının qılınmasına qarşı çıxanlar, şüphəylə edilən ibadətin etibarlı olmayacağı fikrinə dayanaraq, bu cür namazın qılınmasının doğru olmayacağı qənaətinə gəlmişlər. Bunlara görə şüphəylə yerinə gətirilən ibadət qəbul deyildir. Bu etibarla, “bəlkə Cümə namazı səhih olmamışdır” deyə zöhr axır qılmaq doğru olmaz. Əlavə olaraq zöhrü axır qılınması şərtini irəli sürmək, xalqın nəzərində Cümə namazının fərz olmayıb, günorta namazının fərz olduğu ya da bir vaxtda ikisinin də fərz olduğu fikri oyanır. İbn Nüceym, Alauddin Haskefi, Cəmaləddin əl-Qasımi, Məhmət Zehni Əfəndi kimi mütəfəkkirlər bu fikirdədirlər. ((İbn Nüceym, əl-Bəhrur-Raik, II/154-155; İbn Abidin, Rəddül-Muhtar, I/536; Cəmaləddin əl-Qasımi, İslahul-Məsacid, s.50; Məhmət Zehni Əfəndi, Niməti İslam, 439-440.))
Bəzi alimlər isə, Peyğəmbər (s.a.s.), səhabə və tabiin dövründə belə bir namaz olmadığı fikrindən irəli çıxaraq, zöhr axır qılmağı bidat qəbul etmişlər. ((Əzim Abadi, Avnül-Məbud, III/397,406; Rəşid Rıza, Fətava, I/199-200,301-305; III/941; IV/1551, 1591; VI/2521 .))
C) Dəlillərin dəyərləndirilməsi zöhr axırla əlaqəli olaraq tərəfdarların irəli sürdükləri görüşlərin dəlilləri göz önünə alındığında, bu namazı qılmanın doğru olmadığı başa düşülür. Belə ki, Peyğəmbər (s.a.s.) dövründə Cümə namazının ancaq bir yerdə qılınması, məskunlaşmış bir ərazidə birdən çox yerdə Cümə namazı qılınmayacağı mənasına gəlməz. Çünki o dövrdə belə bir şeyə ehtiyac yox idi. Eyni zamanda təzə enən ayələri Peyğəmbərin ağzından eşitmə arzusu içində olan səhabənin başqa bir yerdə Cümə namazı qılmalarını düşünmək mümkün deyildir.
Bir yerdə məskunlaşmış ərazidə Cümə namazı qılınmaması səbəbilə Cümənin səhih olmayacağını deyən müctəhidlərin hamısı, ehtiyac halında birdən çox yerdə Cümənin qılına biləcəyini qəbul etmişlər. Necə ki, İmam Şafii Bağdada gedəndə birdən çox yerdə Cümə namazı qılındığını gördüyü halda, buna qarşı gəlməmişdir. ((Nəvəvi, Məcmu, IV/452; Şirbini, Muğnil-Möhtac, I/544.)) Müasir dövrümüzdə isə ümumiyyətlə bir ərazidə məskunlaşmış yaşayış yerlərində bir tək məsciddə Cümə namazı qılınması mümkün olmadığı üçün, bir çox yerdə Cümə namazı qılınması qaçınılmaz olmuşdur.
İbadətlərdə də əsl məqsəd qəbul olunmadır. Peyğəmbər (s.a.s.) Uca Allahın, “Mən qulumun mənim haqqımdakı zənninə görə qarşılıq verərəm.” dediyi rəvayət edilməkdədir (Müslim, Zikr, 1; Tirmizi, Zühd, 51). Başqa bir hədisində də, “Əməllər niyyətlərə görədir.” buyurmuşdur (Buxari Bədul- Vəhy, 1). Bu münasibətlə Cümə namazının qəbul olunacağına inanaraq qılınması və bunda şüphəyə düşməmək lazımdır.
Digər tərəfdən zöhr axır namazının ehtiyat səbəbilə qılındığını irəli sürmək, sağlam bir əsasa dayanmamaqdadır. Çünki ehtiyat, iki dəlildən qüvvətli olan birini seçməkdir. Halbuki Cümə namazının fərz olduğunu ifadə edən ayə və hədislərə qarşı olaraq, birdən çox yerdə qılınmamasına dair heç bir dəlil yoxdur. Bir yerdə qılınması şərtini irəli sürənlərin, ehtiyac olduğu halda qılına biləcəyini ifadə etmələri də bunu göstərməkdədir. Qaldı ki Quranı Kərimdə, “Allah bir insanı ancaq gücünün yetdiyi şeylə məsuliyyətli tutar” (Bəqərə 2/286); “Allah dində üzərinizə heç bir çətinlik yükləmədi” (Həcc 22/78) bildirilməkdədir.
Nəticə:
(…)
Bir yerdə məskunlaşmış ərazinin bir çox yerində Cümə namazı qılına biləcəyinə, bu səbəblə zöhr axır namazının qılıınmasına ehtiyac olmadığına (…) qərar verildi. (Mənbə: 26.03.2002 tarixli Din İşləri Ali Təşkilatının Qərarı, Diyanət gov tr.)
http://www.muselmanlar.com/fitvalar/535.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.