Sual: Kredit kartı ilə qızıl almaq və onu hissə-hissə ödəmək düzgündür?
Cavab: Qızılı nisyə satmaq və almaq düzgün deyil. Başqa cür desək, dini cəhətdən qəbuledilməzdir. Peyğəmbərimiz Muhəmməd əleyhissəlam qızılın alış və satışının nağd olmalı olduğunu bildirib və şərt qoyub ki, qızıl satış vaxtı dərhal onu alana təhvil verilsin. Bəşəriyyət tarixi alış-satış adı altında faizli əməliyyatlarla əlaqədar misallarla doludur. Elə isə kredit kartı ilə qızıl alıb satmaq məsələsində faiz günahına batmaq təhlükəsi olduğuna görə bu əməliyyat caiz deyil. Misal üçün, bir nəfər 1000 manatlıq qızılı ayda 100 manat ödəmək şərtilə və 10 bərabər hissə ilə alıb eyni şəxsə nağd 950 manata sata bilər. Belə olan halda, 950 manat nağd pul alır, ancaq 1000 manat borclu qalır. Bu isə faizdir.
Yeri gəlmişkən, bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də nəzər yetirin:
http://www.muselmanlar.com/fitvalar/5389.html
http://www.muselmanlar.com/fitvalar/2652.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.