Sual: İştirak banklarından biri kiçik və orta səviyyəli büdcəyə malik olan müəssisələrə 0,75 % nisbətində dəstək krediti verir. Bunu televiziya kanalları və sairə yerlərdə reklam da edir. Bu bank məsələnin dini cəhətini “həll etmək” üçün fitvanı kimdən alır? Həmin fitvanı verib bu işi təsdqi edənlər necə olur ki, belə bir qənaətə gəlirlər? Xahiş edirəm, bu məsələni İslam dininə əsasən qiymətləndirin.
Cavab: Fitvanı kimdən və yaxud hansı qurumdan aldıqlarının bizim üçün bir əhəmiyyəti yoxdur. Çünki buradakı əsas sual: “Belə bir şey dini cəhətdən nə dərəcədə düzgündür?” , -sualıdır.
Qeyd edim ki, “kredit” sözü Avropa dillərinə bizim dini ədəbiyyatda işlətdiyimiz “qərz” (bu söz Quranda da var) sözündən keçib. Sonra təhrifə məruz qalıb və bizə təzədən “kredit” kimi gəlib.
Kredit iqtisad elmində faizli borc adlandırılır. Sualınızda qeyd etdiyiniz 0,75 % nisbətindəki kredit də faizlidir və haramdır. Bunun hansı ad ilə və hansı qurumlara verilməyinin mətləbə dəxli yoxdur. Faizin yüksək və ya az miqdarda olmağının da məsələyə dəxli yoxdur. Nəticə eynidir: Haram.
Bu banklar üçün fitva verənlərə gəldikdə, əgər onlar bunu bilə-bilə edirlərsə, Allah qarşısında mütləq cavab verməli olacaqlar. Ki, belə bir hökmü bilmədən vermək də mümkün deyil.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.