Sual: Müsəlman olmayanların tutduqları balıq haramdır? Yoxsa onu yemək olar?
Cavab: Bunda dini cəhətdən bir problem yoxdur; yemək olar.
Allah Təala quruda yaşayan heyvanların əksinə, suda yaşayanların və orada olan qidaların halal olduğunu heç bir istisna olmadan belə bildirmişdir:
“Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onun yeyəcəyi sizə halal edildi”. (Maidə, 5/96)
Ayədəki “dəniz ovu” ifadəsi diri olduğu vaxt müxtəlif tələlərlə ovlanan balıq və oxşar dəniz canlılarını, “onun yeyəcəyi” ifadəsi isə dənizin içində ölən və suyun üzünə çıxan, eləcə də, dənizin sahilə atdığı şeyləri/qidaları göstərir.
Peyğəmbərimizdən (s. a. v.) dənizin suyu barədə soruşduqda belə cavab vermişdir:
“Dənizin suyu təmiz, meytəsi (ölüsü) də halaldır.” ((Əbu Davud, Təharət, 41; Tirmizi, Təharət, 52; Nəsai, Təharət, 46; İbn Macə, Təharət, 38.))
Bu ayə və hədisə əsasən tutan/ovlayan və ya dənizdən çıxardan kim olursa olsun, istər diri, istərsə də ölü vəziyyətdə ələ keçirilsin, başda balıq olmaqla, dənizdə yaşayan heyvanların və dəniz məhsullarının hamısı halaldır.
Bu məsələyə dair ətraflı məlumat almaq üçün aşağıdakı keçidlərə də nəzər yetirin:
http://www.muselmanlar.com/fitvalar/2072.html
http://www.muselmanlar.com/fitvalar/3169.html
http://www.muselmanlar.com/fitvalar/3687.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.