Sual: Həcc və ömrədə ehrama girməmişdən qabaq ətir və ya odekolon vurmaq olar? Buna dində necə baxılır?
Cavab: Ehrama girəndən sonra müşk, ənbər, kafur və sairə kimi gözəl ətirləri bədənə və ehrama sürtmək alimlərin çoxuna görə qadağandır. Ehramlı birinin bədəninə, yatağına, ehram örtüyünə, saç və saqqalına ətir vurmağı, parfümeriya və odekolon istifadə etməyi cəzalanmaya səbəb olur. Dəlilləri bu rəvayətdir:
Rəsulullahdan soruşdular: “Ətir vurandan sonra əba geyərək ehrama girən bir adamın vəziyyəti haqqında nə deyirsiniz?” O da belə cavab verdi:
“Bədəninə sürtdüyün ətiri üç dəfə yu. Üstündəki cübbəni çıxar. Sonra da həcc ibadətində elədiyini ömrədə də elə.” ((Buxari, Həcc,17, Ömrə,10; Müslim, Həcc, 6.))
Malikilər ətri, hiss edilib rəngi qalıcı olmayan yasəmin, reyhan, gül, bənövşə və bənzəri bir çox ətirlər ilə iyi hiss edilib rəngi qalıcı olan müşk, zəfəran, kafur, ənbər və buna bənzər olanları ikiyə ayırırlar. Birinciləri iyləmək və ya toxunmaq məkruh olub fidyə vermək lazım olmadığı halda, ikincisinin istifadəsi və toxunulması məkruh olmaqla bərabər fidyə də vermək lazımdır. Hənəfi və Hənbəlilərə görə paltara ətir sürtmək heç bir şəkildə caiz deyildir.
Bununla birlikdə Aişə anamızdan gələn və aşağıda nəql ediləcək rəvayət isə hicrətin 10-cu ilində Vəda Həccində baş verdiyi üçün bu son vəziyyət birinci hadisədə verilən hökmü ortadan qaldırmaqdadır. Bu mövzuda Şafii məzhəbinin də ehramlı ikən paltara ətir sürtməyin caiz olduğuna dair dəlil aldıqları rəvayətlər belədir:
Aişə anamızdan belə nəql edilmişdir:
“Mən Allahın elçisinə ehrama girərkən tapa bildiyim ən gözəl ətri vurardım.” ((Buxari, Həcc,7, Libas,79, 81; Müslim, Həcc, 37; Tirmizi, Həcc 77; Darimi, Mənasik, 10.))
“Allahın Elçisi təlbiyə gətirərkən saçlarının arasında sanki müşk parıltısını görürdüm.” ((Müslim, Həcc, 39.))
“Allahın Elçisi ehrama girəcəyi vaxt tapa bildiyi ən gözəl ətri sürərdi. Sonra da ətrinin parıltısını başında və saqqalında görürdüm.” ((Buxari, Həcc, 144.))
Bu ifadələr ətirin ehramdan sonra davam etməsinin qadağan olmadığını göstərir. Bu hadisə Vəda Həcci əsnasında baş vermişdir. Əgər doğru olmasaydı, Allahın elçisi buna icazə verməzdi. Hətta ehramdan əvvəl gözəl ətir vurmaq ancaq caiz olmayıb əksinə, peyğəmbərin (s a. v.) davranışı olduğu üçün sünnə işığında belə dəyərləndirilə bilər.
Mənbə: Abdullah Trabzon, Həcc İbadətində Qadağa Davranışlar, İstanbul Üniversiteti Sosial Bilimlər İnstitutu, İstanbul, 2008, s. 122-124.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.