Müsəlmanlar

Müsəlmanlar nəyə görə qərblilərdən geri qalıblar?

Sual: Siz tez-tez Osmanlılardan danışırsınız. Məlumdur ki, Osmanlılar getdikləri yerə İslam dinini deyil, müsəlmanları apardılar. Buna görə də oralarda çox tab gətirə bilmədilər, tənəzzülə uğradılar. Süqut edib çökdülər. Görəsən, Qərb dünyası indiki dövrdə bu işi Osmanlılardan daha yaxşı bacarırlarmı ki, bu qədər güclüdür? Müsəlmanların onlardan geri qalmağının səbəbi budur?

Cavab: Bilirsiniz ki, Allahın nazil etdiyi və yaratdığı ayələr var. Allah bunları oxuyun demiş və ilk əmri də oxumaqdır. İslam aləmi əsrlərdi oxumağı tərk etdilər. Qərblilər isə Allahın yaratdığı ayələri oxudular. Oxumağa da davam edirlər. Yəni, onlar təbiət və fitrəti oxudular. Təbiətdən əldə etdikləri bilikləri daima dərinləşdirməyə-zənginləşdirməyə çalışırlar. Elmləri də belə artır. Onların hakimiyyyət və hegemonluğu da bu minvalla davam edir. Əslində əsl hegemonluq elmlə olur.

Osmanlıların vəziyyəti Qərbin oyandığı dövrə qədər qismən yaxşı idi. İdari-inzibati işlər yolundaydı, amma elm sahəsi zəif idi. Qərbdə isə elmə ağırlıq verdilər. İdari-inzibati cəhət isə Osmanlılarla müqayisə edilməyəcək dərəcədə zəif idi. Allahın da buyurduğu kini əsas məsələ oxumaqdı. O olmayınca, nə irəliləyə bildi nə də getdiyi yerə nümunə ola bildi…

Hal-hazırda biz müsəlmanların öhdəsinə düşən şey budur: İnsanları şərqli-qərbli deyib ayırmadan (hamı Allahın bəndəsidir) Allahın kitabını insanlara düzgün formada çatdırmaq. Məhz bunu həyata keçirdiyimiz vaxt elmdə üstünlüyü əlimizə keçirə bilərik. Bunu siyasi mənada demirəm. Allahın kitabına tabe olmaq mənasında deyirəm. Kim Allahın kitabına tabe olsa, Allah onu müvəffəq edir. Allah heç kəsi heç kəsdən ayırmır. Ona görə də çox diqqətli olmalıyıq. Səhvə yol versək, itirərik.

Uhud döyüşünü yada salaq. Müsəlmanlar o döyüşü sərkərdələri həzrəti Muhəmməd olduğuna görə elə o dəqiqə udmadılar. Onlar həmin döyüşdə əvvəlcə müvəffəq oldular. Sonra da öz səhvləri ucbatından ciddi bir zərbə aldılar. Nəhayət isə Allahın elçisinin çox böyük səy və cəhdlərinin nəticəsində qalib gəldilər, məğlub vəziyyətdə olduqları halda.

Bu hadisə bizim üçün böyük bir misal, ibrət dərsi və nümunədir. Digər tərəfdəki insan və ya insanların dini-əqidəvi vəziyyətindən asılı olmayaraq işləyən qazanır. Allah bunu Quranda belə bildirir:

“İnsana ancaq öz əməyi(nin nəticəsi, bəhrəsi) qalar.” (Nəcm, 53/39)

İşləmədən bu iş olmaz. Əgər çalışıb səy göstərsək, biz də qazanarıq. Əks təqdirdə, itirərik. İnsanların bəziləri təkcə bu dünyada, bəziləri axirətdə, bəziləri də həm bu dünyada, həm də axirətdə qazanırlar. Biz müsəlmanlar hər iki tərəfdə də qazanmalıyıq. Bunun üçün isə çox çalışıb işləməliyik, cidd-cəhd etməliyik.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri)

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də nəzər yetirin:

http://www.muselmanlar.com/dusunce-sahesi/3093.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.