Sual: Mənim əmim rəhmətə getdi. Birinci arvadından 6 uşağı var. Üçü qız, üçü oğlan. Birinci arvadı ölüb. İkinci arvadı isə sağdır, ancaq heç uşağı yoxdur. Əmimin mirasını İslama əsasən nə cür bölüşdürməliyik?
Cavab: Əminizin arvadı mirasın səkkizdə birini özünə götürməlidir. Qalan şeylər isə uşaqların arasında bölüşdürülməlidir. Oğlan uşağı 2 qız uşağı payı qədər miras almalıdır. Bu halda miras mallarını 72 pay götürülür və aşağıdakı kimi bölüşdürülür:
Səkkizdə biri, yəni, 9 payı ölən kişinin arvadı götürür. Qalan 63 paydan hər bir oğlan uşağı 14 hissə, hər bir qız uşağı isə 7 pay alır. Nəticə belə olur: 9+14+14+14+7+7+7=72
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.