Müsəlmanlar
Nişan mərasimində dua etmək kəbinin kəsildiyinə sübutdur?

Nişan mərasimində dua etmək kəbinin kəsildiyinə sübutdur?

Sual: Mənim nişan mərasimimdə ağsaqqal və ağbirçəklər dua etdilər. Hamı da bu dualları eşitdi. Belə olan halda bu, dini kəbin hesab olunur?

Cavab: Nişanda xeyir-dua etməklə kəbin kəsilmir; bundan belə bir nəticə yaranmır. Nişan evlənməklərində dini cəhətdən hər hansı bir qadağa olmayan 2 insanın bir-birləriylə evlənməyi vəd etmələridir. Nişanlılıq dövrü evliliyə hazırlıqdır və bu dövrdə evlənmək istəyən namizədlər bir-birlərini dinə müvafiq formada tanımaq imkanı qazanırlar.

Nişanlanmaq evlənmək demək deyil. Rəsmi kəbinə qədər nişanlılar arasında məhrəmiyyət baxımından hər hansı bir dəyişiklik də ola bilməz. Buna əsasən də nişanlılar bir-birləri ilə sanki ər-arvadmış kimi də rəftar edə bilməzlər. Bundan uzaq durmalıdırlar.

Ətraflı məlumat üçün aşağıdakı keçidlərə daxil olun.

http://www.muselmanlar.com/fitvalar/2953.html

http://www.muselmanlar.com/tedqiqatlar/162.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.