Müsəlmanlar

Kişi arvadının meyyitini qəbirə sallaya bilər?

Sual: Bir kişi arvadının cənazəsini qəbirə endirə bilər? Yoxsa, bu günah olar?

Cavab: Bəzi fiqh və elmihal kitablarında belə deyilir:

“Qadınları qəbirə qoyanların dini cəhətdən onlara məhrəm olmaları daha yaxşıdır. Onlar olmazsa, kənar şəxslərdən yaxşı halları məlum olanlar olsun.”

Buna əsasən də qadının meyyitini ən yaxın məhrəmləri – uşaqları, atası, yaxud da qardaşları, onlar yoxdursa, digər qohumların qoymağı bir ənənə halına gəlmiştir. Lakin bu ifadələrlə əlaqədar hər hansı bir Quran ayəsi və ya peyğəmbər hədisi yoxdur. Bu baxımdan da qadının cənazəsini ərinin qəbirə qoymağı da günah hesab olunmur.

Kişinin ölən arvadını yumasıyla əlaqədar məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/3177.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.