Müsəlmanlar

Bizim həyat yoldaşlarımız Allah tərəfindən qabaqcadan müəyyən edilir?

Sual: Siz bir dəfə qeyd etdiniz ki, Allah bizim üçün ilahi imtahan vasitəsi olan şeyləri qabaqcadan müəyyənləşdirə bilər. Misal üçün, Bədr döyüşündəki imtahanı 3 və ya 9 il əvvəldən xəbər verməsi kimi. Allah bizi hər şeylə imtahan edəcəyini bildirir: Varlı olmaq, kasıb olmaq, övlad və həyat yoldaşlarımızla... Belə olan halda bizim üçün imtahan vasitəsi olan həyat yoldaşlarımız qabaqcadan müəyyən edilir?

Cavab: Hər şeydən əvvəl qeyd edim ki, bu sualla əslində Allahın elmi məsələsi də soruşulur. Bu suala belə cavab verim: Hal-hazırda mənim bu dərsdə yanımda oturan müəllimi misal götürək. Tutalım ki, onun kiminlə evlənəcəyini Allah qabaqcadan müəyyən edib. Yəni, tutalım ki, onun özünün bir seçimi olmadan həyat yoldaşı əvvəlcədən təyin olunub. Belə olan halda Allahın ona Quranda: “Filan filan qadınlarla evlənə bilməzsən!”, – deyə, qadağa qoymağının bir mənası ola bilərmi?

Dərslərdə həmişə deyirəm, təəssüflər olsun ki, dini ənənədə, xüsusilə də klassik fiqh kitablarında Qurana zidd hökmlər qeyd edilib. Amma mən hər zaman çalışıram ki, sizin suallarınıza Qurana əsasən cavab verim.

Allah İbrahim surəsinin 4-cü ayəsində deyir ki, Mən hər bir rəsulu öz qövmünün dili ilə göndərdim ki, ayələrimi onlara açıq-aydın formada izah etsin. Burada belə bir sual yaranır: Əgər insanların nə edəcəkləri əvvəlcədən müəyyən olunubsa, onlara elçi göndərməyin nə mənası var? Belə bir ziddiyyət ola bilərmi?

Nəticə olaraq, qəza-qədər məsələsini Qurana əsasən dərk etmədikdən sonra həyatın da bir mənası qalmır. Quran və peyğəmbərlərin gəlişinin də bir mənası qalmaz. Odur ki, həyat yoldaşlarımız bizim üçün bir imtahan vasitəsi olduqlarına görə əvəlcədən müəyyənləşdirilməyiblər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/707.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.