Sual: Bəzi yerlərdə müxtəlif kampaniyalar (kermes) keçirilir. Orada uduş bileti satılır. Sonra da hədiyyələr verilir. Təbii ki, hədiyyələri hamı deyil, bir neçə nəfər udur. Görəsən, bu da qumardır?
Cavab: Bəli, bu, qumardır. Orada adətən ortaya bir şey qoylur. Misal üçün, velosiped. Çox sayda insan bilet alır. Sonra tiraj keçirilir və nəticədə velosipedi 1 nəfər udur. Bu, lotereya ilə eyni şeydir.
Əslində mövcud qanunvericiliyə əsasən də qadağandır. Ancaq lotereya idarəsindən rəsmi qaydada icazə almaqla belə bir tiraj keçirmək mümkündür. Nə üçün qadağandır? Çünki qumardır.
Qumar oynamağı və təşkil etməyi azad buraxan heç bir ölkə yoxdur. Ancaq və ancaq dövlətin nəzarəti altında mümkündür. Eynilə faiz kimi. Faizlə məşğul olmaq da qadağandır. Ancaq və ancaq dövlət nəzarəti altında mümkündür.
Qısa desək, məktəblərdə və sairə yerlərdə bu cür kampaniyalar təşkil edib tiraj keçirmək qumardır. Dini cəhətdən qəbuldilməzdir.
QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.