Müsəlmanlar

Boşanan bir qadın təzədən ərə getmək üçün nə qədər iddə gözləməlidir?

Sual: Bir söhbətinizdə: “Boşanan bir qadın başqa biriylə evlənə bilmək üçün 3 iddə müddəti deyil, yalnız 1 iddə müddəti gözləməlidir”, - demişdiniz. Bu barədə dəqiq bir cavab verə bilərsiniz?

Cavab: Hökümləri baxımından kişinin qadını boşaması (talaq) ilə qadının kişidən boşanması (iftida) bir-birindən fərqlidir. Talaqla əri tərəfindən boşanan qadın 3 iddət müddəti (heyzli qadın 3 təmizlik vaxtı) keçmədən qətiyyən başqa bir kişiylə evlənə bilməz.

 Lakin qadın özü boşanmaq istəyirsə, bu halda hamilə olmadığı qəti olaraq müəyyən olsun deyə, 1 aybaşı müddəti gözləyib sonra başqa biriylə evlənə bilər.

Boşanmaqla əlaqədar məlumat üçün aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/5180.html

http://www.muselmanlar.com/fitvalar/4768.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.