Sual: Bəzi ticarət mərkəzləri və yarmarkalarda mağazalardan bir şey aldıqda alıcıya hədiyyə kartı və ya kupon verirlər. Bunları almaq halaldırmı? Misal üçün, mənə oradan ayın-oyun aldığım üçün maşın kuponu veriblər. Əgər keçirilən tirajda maşını mən udsam, ala bilərəm? Mənə halal olarmı?
Cavab: Həmin kuponlar necə deyərlər, alıcıları cəlb etmək məqsədilə verilir. Qiymətlərə daxil edilmir. Əgər edilsəydi, heç kim gedib yüksək qiymətə bir şey almazdı. Bir sözlə, bunlar tək tərəfli hədiyyələrdir. Əgər tək tərəfli deyil, müştərək bir kampaniya olsa və: “Biz burada filan filan şərtlər daxilində belə bir tiraj keçiririk, siz də pul qoyun”, – deyilsə, bu halda açıq-aşkar qumar olar. Qumar isə haramdır.
Sualınızda qeyd etdiyiniz hallarda isə hədiyyə hesab olunur. Onu almaqda bir eyib yoxdur.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:
http://www.muselmanlar.com/fitvalar/5093.html
http://www.muselmanlar.com/fitvalar/1746.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.