Müsəlmanlar
Əgər zəkat fərdi bir ibadətdirsə, onu nəyə görə dövlət yığırdı?

Əgər zəkat fərdi bir ibadətdirsə, onu nəyə görə dövlət yığırdı?

Sual: Allah Quranda zəkatın kimlərə verilməli olduğunu bir-bir sayıb, izah edib. Elə isə nəyə əsasən həzrəti peyğəmbər və əshabələri zorla zəkat yığırdılar?

Cavab: Çünki Allah bunu əmr edir. Səbəbi budur. Tövbə surəsində – bununla əlaqədar ayədə deyilir:

“Onların mallarından zəkatı sən al! Belə etməklə onları təzkiyə edər (arındırmaq) və inkişaf etdirərsən.” (Tövbə, 9/103)

Malı vermək o qədər asan bir məsələ deyil. İnsan zəkatı könüllü olaraq – ibadət niyyəti ilə verdikdə bu əməlinin müqabilində savab qazanır. Məcbur qalıb verdikdə isə savab qazana bilmir; bundan məhrum olur. Ona görə də zəkatı Allahın rizasına nail olmaq məqsədilə vermək lazımdır. Zəkatdan savayı vergi də yoxdur.

Əgər bir şəxs və ya zümrə zəkat verməli olduğu halda vermirsə, təbii ki, bunu onlardan zorla almaq lazımdır. Məgər xəlifə Əbu Bəkr zəkat verməyənlərə qarşı boş yerə müharibə elan etmişdi? Çünki ortada: “Onlardan zəkatı al!”, – deyə, Allahın əmri var.

Bugünkü vergi sistemi həmişə insanları çətinliyə salan bir sistemdir. Zəkat isə onları çətinliklərdən xilas edir. Bir sözlə, zəkat cəmiyyəti ciddi mənada inkişaf etdirən bir xüsusiyyətə malikdir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.