Sual: Son vaxtlarda bəzi adamlar deyirlər ki, inflyasiya nisbətində faiz almaq və vermək olar. Bu məsələ mənim ürəyimə yatmır. Dini cəhətdən düzgün olanı hansıdır?
Cavab: “İnflyasiya nisbətində olan faiz halaldır, onu almaq da, vermək də caizdir” fikri qətiyyən düzgün deyil!
Burada mühüm bir məqam var: Faiz nisbətlərini təyin edən şəxs və qurumlar təbii ki, inflyasiya nisbətini nəzərə alırlar. Lakin əsas məsələ bundan ibarət deyil.
Çünki Allahın bu məsələ ilə əlaqədar hökmü var. Buna əsasən insan nə zülm etməli, nə də zülmə (haqsızlıq) məruz qalmalıdır. Odur ki, borc verən-borc alan münasibətlərində yaranan inflyasiya nəzərə alınır. Buna əsasən borc verənin verdiyi pulun qiyməti azalıbsa və o, öz pulunu borcludan bu kursla alırsa, zülmə məruz qalmış hesab olunur. Əgər pulun qiyməti yüksəlibsə və borcludan pulunu yüksək kursla alırsa, tərəf-müqabilinə zülm etmiş hesab olunur.
Nəticə olaraq, insan nə qədər qiymətə malik bir miqdarı borc veribsə, onu almalıdır. Məlumdur ki, inflyasiya kağız pul sistemində olur. Kağız pulun özünün bir dəyəri yoxdur. Onun əsl dəyəri alıcılıq qabiliyyətindədir. Bundakı azalma və yüksəlmələr inflyasiya və ya deflasiya adlandırılır. Məhz bu qiymət fərqləri hər 2 tərəf üçün də haqsızlığa səbəb olmadan aradan qaldırılmalıdır.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.