Müsəlmanlar
“Allah heç kəsə gücünün çatmadığı yükü yükləməz” nə deməkdir?

“Allah heç kəsə gücünün çatmadığı yükü yükləməz” nə deməkdir?

Sual: Siz tez-tez deyirsiniz ki, Allah heç kəsə gücünün çatmadığı yükü yükləməz. Heç kəs gücünün çatmadığı şeylərdən məsul deyil. Bu nə deməkdir?

Cavab: Qeyd etdiyiniz cümlə Qurandan bir cümlədir (Bəqərə, 2/286); bizim sözümüz deyil. Şübhə yoxdur ki, Allah insanı müəyyən bir güc və məhdud imkanlara malik bir formada yaradıb. Buna görə də insan bəzi hallarda müxtəlif səbəblərdən bəzi öhdəliklərini yerinə yetirə bilmir. Misal üçün, insan səfərdə olduqda istər zəhmət və çətinlik, istərsə də vaxtın azlığı ucbatından namazlarını qıldıqda bəzi mühüm şərtlər aradan qalxır: Fərz (vacib) namazlar 2 rükətə enir və onları birləşdirib (cəm etmək) qılmaq mümkün olur. Halbuki namazı 5 vaxt qılmaq vacibdir, çünki bu cür əmr olunub. Əlavə olaraq, zöhr (günorta), əsr (ikindi) və xüftən namazlarının vacibləri 4 rükətdən ibarətdir. Məhz Allah insanın bu kimi hallarda bəzi asanlaşdırmalar edib. Çünki insanın bunlara gücü çatmır. Fiqh (İslam hüququ) kitablarının RÜXSƏT fəsillərində verilən misallar bu məsələ üçün də qüvvədədir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.