Müsəlmanlar
Nasiruddin əl-Albani mötəbər bir hədis alimidir?

Nasiruddin əl-Albani mötəbər bir hədis alimidir?

Sual: Bəziləri deyirlər ki, sələfi-vəhhabi təmayüllü alim Nasiruddin əl-Albani mühəddis, yəni, hədis alimidir. Bu, nə dərəcədə düzdür? Onun hədislərin düzgünlüyünə (səhhət) dair izahlarını düzgün qəbul etmək olarmı? Ona bir də “şeyx” deyirlər. Bu şəxs nə şeyxidir?

Cavab: Nasiruddin əl-Albani (1914-1999) son dövrlərin hədis alimlərindən biridir. Hamının olduğu kimi, onun da təqdirəlayiq və tənqid edilməli olan cəhətləri var. Bu şəxsin hədisə dair tədqiqatlarından istifadə etmək mümkündür.

Qeyd edək ki, şeyx sözünü Ərəblər lüğəvi mənası ilə yanaşı, cəmiyyətdə hörmət edilən şəxslər və qocalar haqqında işlədirlər. əl-Albani bu mənada bir şeyxdir; hər hansı bir təriqət və ya dini icmanın şeyxi deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.