Müsəlmanlar

Möhtaclara kömək məqsədilə pulu faizə vermək olar?

Sual: Pulu banka qoyub faiz almaq və həmin faiz pulunu möhtac və yoxsullara vermək olar? Yəni, pulu bu məqsədlə faizə vermək dini cəhətdən düzgündür?

Cavab: Allah Təala belə buyurur:

Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! (Bəqərə, 2/267)

Buna görə də Allahın əmrlərini pozub haram vasitələrə əl atmaq olmaz. Belə bir cəfəngiyatdan söhbət belə gedə bilməz. Bu, sanki Allahı lağa qoymaq kimi bir şeydir (tövbələr olsun!). Qısa desək, bu hərəkət İslam dininə əsasən qəti surətdə qadağandır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.