Müsəlmanlar
Hazırkı dövrdə Quran və hafizlik nə cür tədris olunmalıdır?

Hazırkı dövrdə Quran və hafizlik nə cür tədris olunmalıdır?

Sual: Quran kurslarında oxuyan şagird və tələbələrə belə deyilir: “Əgər hafizliyi unutsanız, qəbirdə, yaxud da axirətdə Quran sizə əzbər oxudulacaq.” Bu söz nə qədər düzdür?

Cavab: Bu söz uşaqları aldatmaq üçün deyilib. Deyim ki, Quran zikrdir. Zikr bir məlumatı hər an istifadəyə hazır vəziyyətdə zehnə yerləşdirmək deməkdir.

Hafiz olanlar, yəni, bütün Quranı əzbərləyənlər Qurandakı məlumatları da öyrənirlərmi? Xeyr, təəssüf ki, xeyr. Ona görə də uşaqlara Quranı təkcə əzbərlətdirməklə kifayətlənmək olmaz. Hafizlik kursları olsun, amma Ərəb dilini çox yüksək səviyyədə bilmək şərti ilə. İnsanlar Qurandakı məlumatlardan mütləq xəbərdar olmalıdırlar.

Nəticə olaraq, hafizliklə məşğul olan və ya bunu tamamlamış uşaqlarımız Quranın mənasını bilməlidirlər. Əks təqdirdə, biz böyüklər onlara qarşı öhdəliklərimizi yerinə yetirə bilmərik.

Bir neçə gün bundan qabaq bir qohumumuza baş çəkdik. 70 yaşında bir adamdır. Dedi ki, mən hələ də Quran kursuna gedir və orada Quranı düzgün oxuma qaydalarını (təcvid) öyrənirəm. Mən ona dedim ki, bəli, bu, çox yaxşı bir işdir amma sən əsas diqqətini Quranın mənasına yönəlt. Orada deyilənlərə fikir ver. Üzündən oxumaqla kifayətlənmə. Onun mınasını başa düş.

Bir sözlə, bütün Quran kurslarında orijinal mətni düzgün oxum qaydaları ilə yanaşı, Quranın mənası da öyrədilməlidir. Bu, olduqca vacib bir məsələdir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.