Müsəlmanlar
Qız uşağına Rəyyan adı qoymaq olar?

Qız uşağına Rəyyan adı qoymaq olar?

Sual: Bu yaxınlarda bir qızım olacaq. Ona Rəyyan adını qoymaq fikrindəyik. Bunun mənası nədir? Uşağa belə ad qoymağın bir eybi varmı? Məsləhət görürsünüz, yoxsa yox?

Cavab: Rəyyan sözünün mənası belədir: Suya doyan, dolğun, ətli-qanlı. Eyni zamanda təkcə orucluların girə biləcəkləri bir Cənnət qapısının adıdır.

Səhl ibn Səd həzrəti Muhəmmədin (s. a. v.) belə buyurduğunu nəql edir:

“Cənnətdə Rəyyan deyilən bir qapı var. Oradan sadəcə olaraq oruclular girə bilər. Onlar girdikdən sonra o qapı bağlanır. Artıq heç kəs oradan içəri girə bilməz.” ((Buxari, Savm, 4, Bədu-l-xalq, 9; Müslim, Siyam, 166 (1152); Nəsai, Siyam, 43; Tirmizi, Savm, 55.))

Yuxarıdakı məlumatları nəzərə alsaq, uşağa Rəyyan adı qoymağın mümkün olduğunu deyə bilərik. Bununla belə, bu ad ölkəmizdə geniş yayılmış adlardan biri deyil. Bu faktoru da nəzərə almaq lazımdır.

Adqoyma ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidlərə baxmağınızı tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/4600.html

http://www.muselmanlar.com/fitvalar/adlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.