Sual: Banklarla iş görmək – onlarla işləmək məsələsinə dair məsləhətiniz nədir? Hansı banklarla işləmək olar? Hansıları ilə olmaz? Ümumiyyətlə bankların göstərdikləri xidmətlərdən itifadə etmək dini cəhətdən nə dərəcədə düzgündür?
Cavab: Hər şeydən əvvəl qeyd edim ki, banklarla işləmək və ya onlarla iş görmək ayrı bir məsələdir. Banklar əsasən 2 fərqli iş görürlər: 1) Kredit əməliyyatları; 2) Bank xidmətləri.
Mən bundan əvvəlki dərsdə bankların faizli əməliyyatlarından danışdım. Bu, tamamilə fərqli bir məsələdir.
Bankların göstərdiyi xidmətlərə ehtiyacı olmayan heç bir iqtisadi sistem yoxdur. Odur ki, hansı bank olursa olsun, onun bank xidmətlərindən istifadə etmək olar. Bunda dini cəhətdən bir qəbahət yoxdur. Əgər bir nəfər bəzi pis hərəkətlərə yol verirsə, onu cəmiyyətdən kənarlaşdırıb atmaq olmaz. Təbii ki, yaxşı işlərində onun yanında olmaq olar. Banklar da belədir. Əsas olan pis və səhv işlərdə əməkdaşlıq etməməkdir.
Çek, həvalə-pul transferi, əmanət, EFT və sairə kimi əməliyyatlar bank xidmətlərindən bəziləridir. Banklar bu xidmətlərin müqabilində faiz almırlar; xidmət haqqı-komissiya məbləği alırlar. Buna görə də bu xidmətlərdən istifadə məsələsində bir eyib yoxdur.
İslam tarixinə nəzər saldıqda görürük ki, bank xidmətləri sahəsində xeyli inkişaf etmiş məqamlar var. Belə ki, mən bundan bir müddət əvvəl müasir bank xidmətləri ilə İslam hüququndakı bank işi məsələlərini müqayisə etdim və ikincinin birinciyə nəzərən çox mütərəqqi məqamlar ehtiva etdiyinə şahid oldum. Bizim iqtisadi terminlərimiz olan qərz Qərb dünyasında kredit, həvalə aval, əqd isə akt olub. Yəni,bu terminlər bizdən onlara bu formada keçib. Qərb dünyasında işlədilən iqtisadi terminlərin etimologiyasına baxsanız, özünüz də buna şahid olarsınız.
Nəticə olaraq, bir daha deyim ki, bank xidmətlərinə hər bir iqtisadi sistemdə ehtiyac vardır və bunlar olmadan işlərinizi görə bilməzsiniz.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.