Sual: Bəzən elə olur ki, kommunal xidmətlərin haqqını vaxtında ödəyə bilmirik. Ya yaddan çıxardırıq, ya həmin günlərdə ödəməyə imkan olmur, ya da iş-güc çox olur. Nəticədə axırıncı ödəniş günü keçib gedir və ödəməli olduğumuz məbləğin üstünə əlavə məbləğ gəlir. Bu əlavə məbləğ faiz hesab olunur, yoxsa yox?
Cavab: Bəli, sualınızda qeyd etdiyiniz “gecikdirməyə görə əlavə məbləğ” İslam dininə əsasən faizdir, haramdır. Bu məsələdə mümkün olduqca ehtiyatlı və diqqətli olmaq lazımdır. Ödənişi vaxtında yerinə yetirmək lazımdır ki, faiz yaranmasın.
Əgər ödənişi imkanınız olmadığı üçün gecikdirmisinizsə, bu, sizin üçün deyil, o məbləği alan qurum üçün faiz hesab olunur. Yenə də bu məsələdə maksimum dərəcədə diqqətli olmaq lazımdır.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.