Müsəlmanlar
Quranda Allahın varlığına inanmayanlara kafir deyilir?

Quranda Allahın varlığına inanmayanlara kafir deyilir?

Sual: Allah Bəqərə surəsinin 28-ci ayəsində “Allahı necə inkar edirsiniz? Siz ölü idiniz, O sizə həyat verib diriltdi. Sonra sizi yenə cansız hala gətirəcək, daha sonra yenidən dirildəcək və siz Ona doğru qaytarılacaqsınız.”, - deyə, buyurub. Siz bəzən dərslərinizdə deyirsiniz ki, heç bir insan Allahın varlığını inkar etmir. Yaxşı, bu ayədəki inkar Allahın varlığınadır, yoxsa yaratdıqlarına?

Cavab: Biz sualınızda qeyd etdiyiniz ayəni belə tərcümə etmişik:

“Siz özünüzü Allah qarşısında necə görməməzliyə vurursunuz?! Cansız halda idiniz. O, sizə həyat verib diriltdi. Sonra sizi yenə cansız hala gətirəcək, daha sonra yenidən dirildəcək və siz Onun dərgahına çıxardılacaqsınız.” (Bəqərə, 2/28)

Azərbaycan dilindəki Quran tərcümələrində ümumiyyətlə “inkar etmək” kimi tərcümə olunan kəlmənin Ərəbcə orijinalı “küfr” sözüdür. Bu, Ərəb dilində bir şeyin üstünü örtmək deməkdir. Bizdə isə buna naşükürlük etmək, nankor olmaq, nankorluq etmək deyilir. Bir şeyin üstünü örtməyin məqsədi onu göstərməməkdir. Mövcud olmayan bir şeyin üstünü örtüb gizlətmək isə qeyri-mümkündür. Elə isə kafir də əslində özündə olan imanın üstünü örtən, necə deyərlıər, onu gizlədən kəsdir.

Başqa sözlə desək, bir insanın kafir olmağı üçün Allahın əmrlərindən bir və ya bir neçəsini qəbul etməməsi, bəyənməməsi kifayətdir. Kafirlik buna deyilir.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/1817.html

http://www.muselmanlar.com/fitvalar/1648.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.