Müsəlmanlar
Peyğəmbər uşaqların da namaz qıldıra biləcəyini deyib?

Peyğəmbər uşaqların da namaz qıldıra biləcəyini deyib?

Sual: Peyğəmbərin 8 yaşındakı bir səhabəyə pişnamazlıq etdirdiyi rəvayət edilir. Bu rəvayəti necə qiymətləndirmək lazımdır?

Cavab: Səhabədən Əmr ibn Səlimə/Sələməylə əlaqədar olaraq nəql edilən rəvayət belədir:

“Məkkənin fəthindən sonra Cəmr qəbiləsi İslamiyyəti qəbul etmək üzrə peyğəmbərə bir heyət göndərdi. Əmr ibn Səlimənin Səhih-i Buxaridəki rəvayətinə əsasən bu heyətdə Əmrin atası Səlim də vardı. Peyğəmbər onlara namaz hakkında məlumat verdikdən sonra: “Ararınızda Quranı ən yaxşı bilən birini pişnamaz seçin”, – buyurub. Qəbilədə Quranı ən yaxşı bilən Əmr olduğu üçün o vaxt 6 və ya 7 ((Buxari, “Məğazi” 53.)) , bir rəvayətə görə 7 və ya 8 ((Əbu Davud, “Səlat” 60.)) yaşında olmasına baxmayaraq pişnamaz seçildi.”

Buxari və Əbu Davudda qeyd edilən bu rəvayətlərdən yola çıxan Əbu Səvr, İshaq ibn Rahuyə və İmam Şafi kimi alimlər həddi buluğa çatmamış uşağın böyüklərə pişnamazlıq edə biləcəyini bildiriblər. Digər məzhəblər isə həddi buluğa çatmamış uşağın pişnamaz ola bilməyəcəyini və bu rəvayətdə peyğəmbərin, uşağın pişnamaz ola biləcəyini ifadə edən bir əmri və təqdirinin olmadığını, bunun o qəbilənin öz qənaətləri olduğunu ifadə ediblər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.