Sual: Sual: İnsan sürəsinin 1-ci ayəsini bir cox məaldan oxudum. Orada zamanın başından insan, haqqında adından bəhs edilməyə dəyər bir varlıq halına gələnə qədər çox uzun bir müddət keçdi, deyə ifadə edilir. Yəni insan vardı; fəqət bəhs edilməyə dəyər bir varlıq deyildi, mənası çıxır. Mən də ağlıma müraciət etdim və belə bir məntiq irəli sürdüm: Şüur və ruh olmasa da insan var idi. Təbii olaraq onu dünya üzərində üstün edən xüsusiyyətlərdən məhrum idi. Təkamül, inkişaf artıq kim nə deyir desin bilmədiyim; ancaq ruh deyilən nəsnəyə sahib olma vəziyyətinə gətirilənə qədər vücud ancaq bir canlı idi; fəqət ruh sahibi deyildi. Nə vaxt ki insan ruha yiyələnməyə anatomik olaraq hazır hala gəldi, o vaxt ruh verildi və insanlıq macərası Allahın nizamı və ölçüsü ilə başladı. Artıq insan adından bəhs edilməyə dəyər bir varlıq halına gəldi. Mən bu ayədən belə bir məna çıxartdım. Bu fikirlərimdə səhv edirəmmi? Səhv edirəmsə bu ayəni necə başa düşməliyəm?
Cavab: İnsan sürəsindəki ayə belədir:
هَلْ أَتَى عَلَى الْإِنْسَانِ حِينٌ مِنَ الدَّهْرِ لَمْ يَكُنْ شَيْئًا مَذْكُورًا إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا
“İnsan məzkur (məlum) bir şey olana qədər çox zaman keçmişdir. İnsanı qarışıq bir sudan (mayalanmış yumurtadan) yaratdıq. Onu imtahan edəcəyik. Bu səbəblə onu görən və eşidən bir varlıq etdik.” (İnsan 76/1-2) “İnsan məzkur bir şey olana qədər…” sözü, “insanla əlaqəli məlumat, bilik meydana gələnə qədər” deməkdir.
Burada “şey (شَيْء)” kəliməsi mühümdür. Şey ərəbcədə “varlıq” mənasına gəlir. “ Şey (شَيْء)”in “ləm yəkun (لَمْ يَكُن )” feli ilə bərabər keçməsi də çox əhəmiyyətlidir. Çünki insanın bir varlıq olaraq ortaya çıxmasının əvvəlini bildirməkdədir.
“Şey (شَيْء)”in meydana gəlməsi, ancaq Allahın “kün (كُنْ)” əmrinin çıxması ilə başlayar. Allah Təala bizə yaratma qanunu belə bildirir:
إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ
“Bir şeyin meydana gəlməsini istədiyi zaman Onun verdiyi əmr ancaq “kun” dur. Sonra o şey meydana gəlməyə başlayır.” ( Yasin 36/82) Elə İnsan sürəsinin birinci ayəsi لَمْ يَكُن شَيْئًا مَّذْكُورًا ifadəsi “kun= ol” əmrinin verilməsindən əvvəlini bildirməkdədir.
“İnsanı qarışıq bir sudan (mayalanmış yumurtadan) yaratdıq. Onu imtahan edəcəyik. Bu səbəblə onu görən və eşidən bir varlıq etdik.” Ayəsi də “kun= ol” əmrindən sonrakı mərhələləri, yəni insanın meydana gəlmə mərhələlərini xülasələşdirir.
Ölçüləri alınmış ancaq hələ yaradılmamış olana da şey (شَيْء) deyildiyi üçün “kun= ol” əmri çıxmadan əvvəl insanın ölçülərinin alınmış olduğunu; ancaq bunun Allahdan başqa heç kimin bilmədiyini də bu ayələrdən öyrənirik.
Deməli insan, torpağın içində kişi və qadın yumurtalarının meydana gəlməsindən və mayalanmasından etibarən fərqli bir varlıqdır. İlk yaradılış, eyniylə bir bitkinin əmələ gəlməsinə oxşadılaraq belə deyilir:
“Allah sizi yerdən bir bitki kimi bitirmişdir. Sonra sizi təzədən torpağa döndərəcək və bir dəfə də eyni cür çıxaracaqdır.” (Nuh 71/17-18)
Bu ayələrə görə bu dünyada ilk insanın meydana gəlməsi, bitkinin meydana gəlməsi kimidir. Axirətdə təzədən yaradılış da yenə bitkinin yaradılışı kimi olacaqdır. Elə isə insan, hər hansı bir heyvanın insana dönməsi ilə əmələ gəlməmiş, fərqli bir varlıq olaraq yaradılmışdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.