Müsəlmanlar
Tacirlər açıq hesabla iş gördükləri vaxt əsas nəyə fikri verməlidirlər?

Tacirlər açıq hesabla iş gördükləri vaxt əsas nəyə fikri verməlidirlər?

Sual: Biz al-verlə məşğuluq. Açıq hesabla mal satırıq. Malı satdığımız vaxt qiymətləri qəbzlərə yazırıq. Amma açıq hesab olduğuna görə elə olur ki, pulumuzu 1 il ərzində ala bilmirik. Bu vaxt ərzində həmin malı qiyməti qalxır və nəticədə o malı alış qiymətimiz kliyentə yazdığımız məbləği keçir. Bu halda köhnə qəbzlərdəki qiyməti kliyentlə razılaşıb dəyişdirmək, yəni, təzə qiymətə çəkmək olar? Bu məsələ dində nə cür qiymətləndirilir?

Cavab: Bu cür satışlarda ya malın qiyməti müəyyən edildikdən sonra qeyd olunur, ya da malın xüsusiyyətləri və neçə ədəd olduğu yazılır. Yəni, sənədlər bu cür tərtib olunur. Əgər sualınızda qeyd etdiyiniz kimi, satılan malın qiyməti bildirilibsə və bu, qəbzlərə qeyd olunubsa, ödəniş günü və ya başqa bir gün fərqli bir məbləğdən söhbət gedə bilməz. Alıcıdan eyni qiymət-məbləğ alınmalıdır. Əgər təkcə malın özü və neçə ədəd olduğu qeyd edildikdən sonra satılıbsa (əgər razılamşa-müqavilə bu cür olubsa), ödəniş günü həmin malın bazar qiyməti nədirsə, o qiymətə əsasən hesablana bilər.

Qeyd edim ki, bu cür əməliyyatlar ticarət mallarının satılıb müqabilində pul alındığı adi al-ver işlərində etibarlıdır; faizli əməliyyatlar üçün qüvvədə deyil.

Suala cavab verdi: Sərvət Bayındır ((İslam hüququ və islam iqtisadiyyatı mütəxəssisi, İstanbul Universitetinin dosenti, Türkiyə.))

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa cavaba da nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/3950.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.