Müsəlmanlar
Qüdsi hədislər də hikmət məfhumuna daxildir?

Qüdsi hədislər də hikmət məfhumuna daxildir?

Sual: Vəhy kimi qəbul olunan qüdsi hədislər də hikmət məfhumunun əhatəsinə daxildir? Bu hədisləri vəhy kimi qəbul etmək düzgündür?

Cavab: Məlumdur ki, təkcə qüdsi hədislər deyil, bütün hədislər dini ənənə tərəfindən vəhy hesab edilir. Buna “vəhy qeyri mətluvv” deyirlər. Onların fikrincə Quranla Sünnət (hədislər) arasındakı yeganə fərq hədislərin namazda oxuna bilməməyidir. Bundan başqa bir fərq olduğunu düşünmürlər. Hətta əksər hallarda hədisləri əsas götürür və Quran ayələrini bir kənara “buraxırlar”. Bəzən də müxtəlif yollara müraciət edirlər… Biz bu məqamları dərslərimizdə tez-tez dilə gətiririk. Kaş ki, dini ənənəni tənqid etməsəydik, həmişə düzgün dini məsələləri izah etməklə məşğul olsaydıq! Amma nə etmək olar, vəziyyət elədir ki, məcbur qalıb bu məsələlərə də toxunmalı oluruq.

Qüdsi hədislər Allahın elçisinin (s. a. v.) Allahdan alıb bildirdiyi sözlərdir. Bu sözlər: “Allah belə dedi”, – formasında tərif edilir. Şəxsən mən peyğəmbərin (s. a. v.) yenə Allahın kəlamından anladığı sözlər kimi başa düşürəm. Yəni, bizdən bir nəfər: “Namaz qılmaq vacibdir?”, – formasında bir sual soruşduğu vaxt: “Bəli, bunu Allah buyurub”, – dediyimiz kimi. Halbuki Quranda: “Allah namaz qılmağı əmr edir”, – formasında bir cümlə yoxdur; “Namaz qılın”, – formasında əmr var. Amma biz bunu özümüz başa düşdüyümüz kimi ifadə edir və: “Allah filan şeyi əmr edir, filan şeyi də qadağan”, – deyirik. Yəni, nəticə etibarilə Quranda bizim ağzımızdan çıxdığı kimi bir cümlə olmadığı halda, əsas fikri bu cür ifadə edirik. Mən də qüdsi hədisləri bu cür başa düşürəm. Söhbət burada səhih (mötəbər, düzgün) hədislərdən gedir. Təbii ki, uyudrma-qondarma hədislər də var. Bunlar sonradan peyğəmbərimizə aid edilən fikirlərdir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.