Sual: Məlumdur ki, belə bir hədis var: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm.” Bu hədis nə dərəcədə düzgündür? Quranda bununla müvafiq olan bir hökm var?
Cavab: Bəli, peyğəmbərimizdən (s. a. v.) belə bir hədis nəql edilmişdir:
“Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm.” ((Muvatta, Hüsnü-l-xulq, 8; Əhməd ibn Hənbəl, 2/381.))
Hədis mütəxəssisləri qeyd ediblər ki, bu hədisdə hədis elmi baxımından bi8r problem yoxdur; rəvayət zənciri (isnad) gözəldir.
Quranda isə peyğəmbərimizin (s. a. v.) haqqında belə deyilir:
“Həqiqətən də, sən böyük əxlaq sahibisən!” (Qələm, 68/4)
“Şübhəsiz ki, Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.” (Əhzab, 33/21)
Peyğəmbərimizin (s. a. v.) əxlaqının necə olduğunu gösətərən bir hədis də Aişə anamızdan rəvayət edilmişdir:
Bir nəfər soruşdu: “Ey möminlərin anası (Aişə)! Bizə Allahın elçisinin əxlaqından danışarsanmı?” Həzrəti Aişə buna cavab olaraq belə dedi: “Sən heç Quran oxumursan?” Həmin adam: “Əlbəttə ki, oxuyuram!”, – deyə, cavab verdi. Aişə anamız bunun üstündən: “Onun əxlaqı Quran (əxlaqı) idi”, – dedi. ((Müslim, Səlatu-l-müsafirin, 139 (746).))
Qurani-Kərim Allahın axırıncı kitabıdır. Onun içindəki ibadət və əxlaq məsələlərində qətiyyən bir azalma və ya artma olmayacaq. Axırıncı nazil olan ayədə deyilir: “Bu gün Mən sizin dininizi tamam-kamal etdim və sizə olan nemətimi tamamladım.” (Maidə, 5/3)
Yuxarıdakı hədisdə də əsas etibarilə bu məna vurğulanır. Bu kitabın verildiyi Muhəmməd peyğəmbər (s. a. v.) onu özü üçün bir həyat rəhbəri etmiş, onun əxlaqını mənimsəmiş, bütün əxlaqi gözəlliklər onun şəxsində təcəlli etmişdir. Elə buna görə də bütün məsələlərdə möminlərə nümunə göstərilmişdir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.