Sual: Quranın Məryəm surəsinin 87-ci ayəsində deyilir ki, Ər-Rəhmandan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar. Elə isə həmin əhd almış kəslər kimlərdir?
Cavab: Gəlin, əvvəlcə eyni surənin 86-cı ayəsinə baxaq:
وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًا
“Günahkarları isə Cəhənnəmə suya gedirmiş kimi apararıq.”
Burada günahkarlar ifadəsi işlədilir. Cəhənnəmə gedənlərin arasında 2 cür günahkar var. Biri şirk günahını edənlər, biri də bunu etməyənlər. Şirk (Allaha şərik qoşmaq) günahını törədənlərə Allahın bağışlamaq mənasında bir vədi yoxdur.
Buarad bir sual yaranır: Şirk günahına batmadığı halda, Cəhənnəmə gedənlərə Allah tərəfindən verilmiş bir vəd varmı? Bəli, var. Şirk günahına batdıqdan sonra tövbə edibsə, axirətə bu günahla getmir. Axirətə şirk günahı törətmədən gedən günahkarların günahları savablarından çoxdursa, Cəhənnəmə vadar edilirlər. Şirk günahı edənlər onsuz da Cəhənnəmə gedirlər.
Yuxarıdakı ayədə deyilir ki, günahkarları isə Cəhənnəmə suya tərəf qaçışırlarmış kimi apararıq. Çünki onların məhşərdə çox çətinlikləri var. Dünyada da vərdiş ediblər; elə güman edirlər ki, gedəcəkləri yerdə hər yerdən su axır.
Eyni surənin 87-ci ayəsinə gəldikdə, orada belə deyilir:
“Onlar şəafət etmək haqqına malik ola bilməzlər. Yəni, oradan çıxıb Cənnətdəki yaxınlarının yanına getmək haqqına malik olmaqları mümkün deyil. Rəhmandan (Allah) əhd alanlar bundan istisnadır.”
Təsəvvür edin ki, günahkar insanlar Cəhənnəmə aparılır. Onların arasından bir dəstə müşrikdir. Onların üzü onsuz da qaradır. Aralarında elə bir dəstə də var ki, heç şirk günahına düşməyiblər. Onların üzü ağdır. Allah Təala Quranda bildirir ki, şirk günahından kənarda qalan günahları müəyyən qaydalar daxilində bağışlayar. Bu halda, Rəhmandan şəfaət üçün əhd alanlar kimlərdir? Cavab budur: Şirk günahına batmamış olanlar; belə bir günahı etməyənlər. Elə isə Cəhənnəmdə şəfaət haqqından faydalanacaq kəslər bunlardır. Yəni, bunlar Cəhənnəmdəki cəzalarını çəkib başa vurduqdan sonra Cənnətdəki yaxınlarının yanına yerləşdiriləcəklər.
Rəsulullahın (s. a. v.): “Mənim şəfaətim böyük günah edənədir”, – deməyinin səbəbi də budur. Çünki böyük günah etməyənin Cəhənnəmdə işi olmaz.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.