Sual: Deyilir ki, Quranın bəlağatı möcüzəvi surətdə nazil olmuşdur. Madam ki, belədir, nə üçün ora-bura çəkilən mənalar var? Mən özüm 3 dil bilirəm. Bildiyim dillərdə oxuduğum hər şeyi asanlıqla başa düşə bilirəm. Elə isə Ərəb dili necə bir dildir ki, mənalar hər tərəfə, hətta tamamilə əks tərəfə çəkilə bilir?
Cavab: Bu sualı soruşan dostumuzun bildiyi dillərin tarixi bir neçə il əvvələ əsaslanır. O özü də bir qədər qədimə getdikdə, müəyyən sözlərin mənalarının dəyişdiyinə şahid olacaqdır. Əlimizdəki Quran kitabı isə bundan təqribən 14 əsr əvvəl Allah tərəfindən nazil edilmişdir. Üstünən bu qədər vaxt keçib. Üstəlik də tarix boyu bir çox siyasi qurum ona istədiyi kimi məna verməyə çalışıb.
Biz arabir Qurandakı “şaə (شَاء)” feli barədə danışırıq. Bu felə “əradə (اراد)” mənasının verildiyini qeyd edirik. Nəticə isə belə olur: Allah bir tərəfdən insanların mömin olmaqlarını istəyir, digər tərəfdən də Öz istədiyini düzgün yola çatdırır, istədiyini də zəlalətə düçar edir. Belə çıxır ki, bu məsələlərdə müxtəlif sözlər böyük “ustalıqla” oraya-buraya çəkilib. Misal üçün, bunu Ərəb dilini bilənlər üçün deyim, “şaə” felinin məsdər forması “şey” sözüdür (şaə, yəşau, şeyən). Ancaq lüğətlərdə bu felin məsdəri kimi “məşiət” sözü göstərilir. Halbuki bu söz həmin felin həqiqi deyil, qiyasi məsdəridir. Yəni, bu, Ərəblərin heç bilmədikləri bir sözdür. Məhz belə bir sözü “şaə” felinin məsdəri halına gətirməklə ayəyə fərqli bir məna veriblər. Necə deyərlər, minarəni oğurlayanlar onu gizlətmək üçün bir qılaf da hazırlayıblar. Elə ediblər ki, insanlar bunun fərqinə vara bilməsinlər.
Odur ki, bu cür şeylər tarix boyu davam etmişdir. Bu səhvlər lüğətlərə də sirayət edib… Bunları üzə çıxartmaq nə qədər də çətindir! Əgər Quranın bəlağat və özünəməxsus üslubu olmasa, bu səhvləri müəyyən etmək olmaz. Nəticə olaraq, həmin səhvləri məhz Qurana əsasən müəyyənləşdirmək mümkündür.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri)
http://www.muselmanlar.com/fitvalar/5147.html
http://www.muselmanlar.com/fitvalar/3241.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.