Müsəlmanlar
Tender əməkdaşlarını bir şeyə qonaq etmək düzgündür?

Tender əməkdaşlarını bir şeyə qonaq etmək düzgündür?

Sual: Dövlət təşkilatlarının elan etdiyi tenderlərdə işləyən əməkdaşları konfet, şokolad, yemək və sairə kimi şeylərə qonaq etmək olar? Bunda dini cəhətdən nəsə bir problem ola bilər?

Cavab: Əgər bu dedikləriniz tenderdən əvvəl baş verirsə və növbəti tenderi qazanmaq (udmaq) məsələsində bir təsiri olursa, dini cəhətdən düzgün hesab olunmur; naməqbuldur (caiz deyil).

Əgər tender başa çatdıqdan sonra verilirsə və bu, bir növ adət-ənənə halını alıbsa, problem yoxdur. Bununla belə, bütün hallarda bu cür şeylərdən uzaq durmaq lazımdır; yəni, bu, daha yaxşıdır.

Suala cavab verdi: Servet Bayındır ((İslam hüququ və İslam iqtisadiyyatı mütəxəssisi, İstanbul Universitetinin dosenti, Türkiyə.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.