Sual: Məlumdur ki, son vaxtlarda ölkə icytimaiyyətində süd banklarının təsis edilməsi ilə əlaqədar olaraq mübahisələr olur. Bəziləri bunu dini cəhətdən məqbul hesab edir, bəziləri də naməqbul. Sizin fikriniz nədir?
Cavab: Müvafiq qurumlar bununla bağlı olaraq lazımi tədbirlərin görüləcəyini bildirirlər. Odur ki, bu barədə: “Xeyr, məqbul deyil”, – demək üçün bir səbəb qalmır.
Qeyd edim ki, bu məsələ hal-hazırda bir problemə çevrilib. Çünki indi işləyən xanımlar var. Onlar olmasa belə, məlumdur ki, bəzi anaların körpələrini əmizdirmək üçün heç südləri olmur. Bəzilərinin isə ehtiyacdan çox olur. Bu, bir reallıqdır. Odur ki, süd analığına ta əvəldən bəri ehtiyac var. Baxın, Qurani-Kərimdə bildirilir ki, vaxtilə Musa əleyhissəlam üçün süd anası axtarılıb. Bu, cəmiyyətin böyük bir ehtiyacıdır. Ona görə də indi süd analığını təşviq edən işlər görülməlidir. Süd anası süd verdiyi körpəni qucağına aldığı vaxt ona təkcə süd vermir; eyni zamanda öz sevgisini də ona bəxş edir. Yəni, məsələ körpələrə butılka ilə süd vermək qədər sadə deyil. Əsas olan onların böyümək üçün ehtiyacları olan sevgidir…
Ərəb dilində anaya ümm deyilir. Bu ifadə Quranda da var. Ona görə belə deyilir ki, körpə acdığı vaxt o qadını axtarır… Burada süd vasitədir. Lakin əsas məsələ körpənin anadan aldığı enerjidir. Ona görə də bu çox mühüm ictimai ehtiyacı ödəmək lazımdır. Biz bu işi görmək istəyən qurumlara süd analığını təşviq etməklərini məsləhət görürük.
Suala cavab verdi: Abdulaziz Bayındır ((Professor, İstanbul Universiteti İlahiyyat fakültəsinin müəllimi, Türkiyə.))
QEYD: Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:
http://www.muselmanlar.com/fitvalar/5141.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.