Sual: Siz keçən dəfə bir televiziya verilişində dediniz ki, həzrəti İsa həzrəti İbrahimin İshaq soyundandır. Burada belə bir sual yaranır: Həzrəti İsa məgər atasız olaraq dünyaya gəlməmişdi? Yoxsa, həzrəti Məryəm həzrəti İshaqın nəslindəndir?
Cavab: Məryəm anamız Harun peyğəmbərin nəslindəndir. O da İshaq peyğəmbərin nəslindən gəlir. Allah belə buyurur:
“Ey Harunun bacısı! Sənin atan pis bir insan deyildi; anan da iffətsiz bir qadın deyildi”. ((Məryəm, 19/28.))
“Filankəsin bacısı” yaxud da mövzümuzla əlaqədar olan “Harunun bacısı” ifadəsi Ərəblər tərəfindən istifadə olunan bir ifadə tərzidir; Harun nəslindən gəldiyini bildirmək üçün işlədilib. ((Bu fikir İbn Kəsir təfsirindən Əli bin Əbi Talha və Suddi-nin fikri kimi verilir. Baxın: İbn Kəsir, V cild, s. 223; təhqiq edən Seyyid Muhəmməd Seyyid, Vəcih Muhəmməd Əhməd, Mustafa Fəthi Abdulhakim, Seyyid İbrahim Sadiq, 1426/2005, Qahirə, Misir.))
Məryəm surəsində İsa peyğəmbərdən danışıldıqdan sonra bir neçə peyğəmbərdən də bəhs olunur və belə deyilir:
“Budur, bunlar Allahın nemətlər verdiyi peyğəmbərlər Adəmin nəslindən, Nuhla birlikdə daşıdıqlarımızdan, İbrahim və İsmayılın nəslindən və bizim doğru yola çatdırdıqlarımızdan, seçib bəyəndiklərimizdəndirlər. Rəhmanın (Allah) ayələri onlara oxunduğu vaxt ağlayaraq səcdəyə döşənirdilər”. ((Məryəm, 19/58.))
Deməli, bu ayə də İsa peyğəmbərin İshaq peyğəmbərin nəslindən olduğunu göstərir.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.