Müsəlmanlar
Daşınmaz əmlakımızı banklara kirayəyə verə bilərik?

Daşınmaz əmlakımızı banklara kirayəyə verə bilərik?

Sual: Bizim bir mağazamız var. Onu kirayəyə vermək istəyirik. Faizlə işləyən bir bank kirayəyə götürmək istəyir. Əgər belə etsək, düz olar? Əlavə olaraq, oradan gələn pul halaldır?

Cavab: Daşınmaz əmlakın birbaşa faiz və yaxud dini cəhətdən naməqbul olan digər işlərlə məşğul olan şəxs və ya təşkilatlara kirayəyə verilməsi düzgün deyil.

Quranda belə deyilir:

“Kim gözəl işə şəfaət etsə [buna havadarlıq edərsə], bundan [savabından] ona bir pay düşür. Kim də pis işə havadarlıq etsə, ondan [günahından] məsuldur. Allah hər şeyin əvəzini verəndir.” (Ən-Nisa, 4/85)

“Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.” (Maidə, 5/2)

Əbu-z-Zübeyrin Cabirin vasitəsilə peyğəmbərimizdən (s. a. v.) nəql etdiyi bir hədisdə belə deyilir:

“Rəsulullah faizi yeyənə, yedirdənə, (müqaviləni) yazana, şahidlik edənə lənət etdi və: “Onlar müsavidirlər (eyni səviyyədədirlər)”, – dedi. ((Müslim, Müsəqat, 19 (106/1598.))

Faiz böyük günahlardandır. Allah buyurur ki, böyük günahlardan uzaq duraq:

“Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə daxil edərik.” (Nisa, 4/31)

Göylərdə və yerdə nə varsa, Allahındır. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür. Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. (Nəcm, 53/31-32)

Odur ki, əsas işi faiz olan bir təşkilat və ya banka öz daşınmaz əmlakını kirayəyə verən şəxs böyük günahdan uzaq qalmış hesab edilmir.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/5197.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.