Müsəlmanlar
İslama əsasən müharibə meydanında düşməni əsir götürmək qadağandır?

İslama əsasən müharibə meydanında düşməni əsir götürmək qadağandır?

Sual: Siz bir dəfə dediniz ki, həzrəti peyğəmbər Bədr döyüşündə düşməni darmadağın etmədən əsir götürüb və bununla səhvə yol verib. Elə isə burada bir sual yaranır: Quranın Muhəmməd surəsinin 4-cü ayəsində nə nəzərdə tutulur? Təslim olan düşmən əsgərini əsir götürməmək, əksinə, öldürmək lazımdır? Xahiş edirəm, bu məsələyə bir aydınlıq gətirin.

Cavab: Qeyd etdiyiniz ayədə belə deyilir:

“Kafirlərlə müharibə meydanında üz-üzə gəldikdə dərhal boyunlarını vurun. Bunu onların üstündə tam hakimiyyət qurana qədər edin. Sonra da kəndiri möhkəm tutun (yəni, əsir götürün). Bundan sonra onları ya fidyəsiz, ya da fidyə (bir şüyin müqabilində) alıb azad edin. Müharibə qurtarana qədər (yəni, düşmən tərəfin artıq döyüşməyə taqəti qalmayıbsa, əsir götürülmür).”

Məkkə döyüşündə (Məkkənin müsəlmanlar tərəfindən fəthi) də belə oldu. Düşmən tərəfin döyüşməyə heç bir güc-qüvvəsi qalmamışdı. O vaxt da əsir götürlmədi.

Suala cavab verdi: Abdulaziz Bayındır ((Professor, İstanbul Universiteti İlahiyyat fakültəsinin müəllimi, Türkiyə.))

QEYD: Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazıya da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/4785.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.