Müsəlmanlar

İslam dinində vəfq/hurufilik məsələsinə münasibət

Sual: Vəfq nədir? Vəfq etdirmək dini cəhətdən düzgündür?

Cavab: Vəfq  (الوفق); hərf, rəqəm, kəlimə, əsma-i hüsna, ayə və surələrin müəyyən bir nizama əsasən kvadrat içinə yazmaqla bunda batini mənalar axtaran bir tilsim növüdür.

Vəfq, əbcəd hərfləri olaraq bilinən hərflərin rəqəm dəyərlərinə əsasən müxtəlif və çox da aydın olmayan şəkil verərək duaların rəqəmlərə geometrik şəkil və format verilməsidir.

Lüğətdə “uyğunlaşma, uyğun, münasib” mənasındakı vəfq, hərflərin tək olaraq və ya tərkib halında xüsusiyyətlərindən (xəvass) hərəkət edən Hürufiliyin bir qolu olub hərflərlə rəqəmlərin sehri mənalara gəldiyi fikrinə əsaslanır. Heç bir dini və elmi əsası olmayan cahiliyyə Ərəblərində qismən bilinən vəfqin İslam coğrafyasına Hind və Sabiilərdən keçdiyi təxmin edilir. Bunu edən adamlar daha sonra bundan şəfa, dərman və qurtuluş əlacı olduğunu irəli sürürlər.

İslam dinində  belə bir şeyin yeri yoxdur. Bu kimi şeylərdən tamamilə uzaq durmaq lazımdır.

Ətraflı məlumat üçün baxın: İlyas Çelebi, “Vəfq”, Türkiye Diyanet Vakfı İslam Ensiklopediyası, 42-ci cild, s. 605-607. ((Bu əsər AMEA-nın mərkəzi kitabxanasının şərq zalında, eləcə də, BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında mövcuddur.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.