Sual: Ali-İmran 45-46 cı ayələrini qədər yönündən izah edə bilərsizmi? İsa (a.s.) daha dünyaya gəlmədən axirətdə Allaha yaxın olacaq qullardan (muqarrəbun) olması qismini də izah etməyinizi xahiş edirəm.
Cavab: İsa əleyhissəlam özünə veriləcək vəzifəyə uyğun bir şəkildə yaradılmış və Məryəm validəmizə, onun yüksək qabiliyyətli bir övlad olacağı müjdələnmişdir. Ancaq bu müjdə, İsa əleyhissəlamın dəqiq olaraq imtahanı qazanacağı səlahiyyətini verməz. Çünki aşağıdakı ayədə bildirilən bu söz ondan da alınmışdır:
“Unutma ki, bütün nəbilərdən söz aldıq. Səndən, Nuhdan, İbrahimdən, Musadan, Məryəm oğlu İsadan və hər bir nəbidən sağlam söz aldıq. Bunu doğrulara doğruluqlarını soruşmaq üçün etdik. Görməməzlik edən olarsa onlar üçün də can yaxan əzab hazırladıq.” (Əhzab 33/7-8)
Bir də bu ayə üzərində fikirləşək:
“(Ya Muhamməd!) Sənə də səndən əvvəlki elçilərə də bu dəqiq olaraq bildirilmişdir: “Əgər şirkə düşərsən elədiyin yanıb gedər və sən itirənlərdən olarsan.” Xeyr; Ancaq Allaha qulluq et və şükr edənlərdən ol.” (Zümər 39/65-66)
Bu məsələ ilə əlaqədar digər bir sual-cavabı aşağıdakı linkdən oxuya bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/5178.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.