Müsəlmanlar

Ali-İmran surəsi 45-ci ayəni qəza-qədər baxımından necə başa düşmək lazımdır?

Sual: Əli İmran surəsi 45-ci ayəni “qədər” yönündən necə başa düşmək lazımdır?

Cavab: Əl-i İmran 45 və 46-cı ayələri belədir:

“Bir gün mələklər Məryəmə dedi ki: Məryəm, Allah sənə öz Sözünü müjdələyir. Adı Məsihdir; Məryəmin oğlu İsa. O, dünyada da axirətdə də etibarlı və Allaha yaxın bəndələrdən olacaqdır. Həm beşikdə həm yetkinlik çağında insanlara xitab edəcək və salihlərdən olacaqdır.”

Allah Təala hər insanı (xüsusilə seçdiyi peyğəmbərləri), bu cür salihlərdən olsun deyə yaratmış; ancaq səhv iş görənlərin dəyərini düşürmüşdür. Tin surəsində belə buyrulur:

1) İncilə və zeytinə,

2) Sina dağına,

3) Birdə bu güvənli şəhərə and olsun ki,

4) Biz insanı ən gözəl xislətlərlə yaratdıq.

5) Sonra onu düşüklərin ən düşüyünə çevirdik.

6) İman edib yaxşı işlər etmiş olanlar fərqlidir; onları bitməz-tükənməz mükafatlar gözləməkdədir.

7) Ey insan, bu din qarşısında səni yalana aparan şey nədir?

8) Ən doğru qərar Allahın qərarı deyilmi?

Hər insana edilən xəbərdarlıq, İsa əleyhisəlama və bütün peyğəmbərlərə edilmişdir:

“(Ey Muhamməd) De ki:“ Ey avamlar! Allahdan başqasına qulluq etməyimimi istəyirsiz?”

Sənə də səndən əvvəlki elçilərə də bu şübhəsiz vəhy edilmişdir: “Əğər şirkə düşərsən elədiklərin boşa gedər və sən itirənlərdən olarsan.”

Xeyr; ancaq Allaha qulluq et və şükr edənlərdən ol.

Bunlar Allahı layiqincə təqdir edə bilmədilər. Halbuki, qiyamət günü bütün yer üzü onun ovucunda, göylər də sağında dürülmüş olacaqdır. O, şərik qoşduqlarından uzaq və ucadır.” (Zümər, 39/64-65)

“Unutma ki, bütün nəbilərdən söz aldıq. Səndən, Nuhdan, İbrahimdən, Musadan, Məryəm oğlu İsadan…Hər birindən sağlam söz aldıq.

Bunu doğrulara doğruluqlarını soruşmaq üçün elədik. Görməməzlik edənlərə də kədərli əzab hazırladıq.” (Əhzab, 33/7-8)

İsa əleyhissəlam daha əvvəl vəfat etdiyi üçün Quranda onunla əlaqəli tərifnamələr vardır. Quran endiyi vaxt Muhamməd əleyhissəlam həyatda olduğu üçün onun aşağıdakı sözlərini və daha sonra gələn ayəni yaxşı başa düşmək lazımdır:

(2) Ənsardan Ümmül-Əla deyir ki: Mühacirlərə qura çəkiləndə bizə Osman b. Mazun düşdü.Onu evlərimizə yerləşdirdik. Sonra ölümünə səbəb xəstəliyə tutuldu. Vəfat edincə yuyuldu və öz paltarları içində kəfənləndi. Muhamməd(s.a.v.) içəri girdi. O əsnada dedim ki: “ Əbus-Saib! ((Osman b. Mazun (r.a.) ləqəbidir.)) Allah sənə rəhmət eləsin. Allahın səni mükafatlandırdığına şahidəm.” Bunun üzərinə Muhamməd (s.a.v.) belə dedi: “Allahın onu mükafatlandırdığını hardan bilirsən? “ Dedim ki, “ Atam sənə qurban ey Allahın elçisi, Allah elə isə kimi mükafatlandırır? “ Muhamməd (s.a.v.) buyurdu ki: Bəli ona qaçınılmaz həqiqət gəldi. Vallahi onun üçün ancaq xeyir gözləyirəm. Ancaq mən belə Allahın elçisi olduğum halda necə qarşılanacağımı bilmirəm.”

(3) Ümmül-Əla dedi ki: Vallahi bundan sonra heç kimi təzkiyə(təmizə çıxarma) etməyəcəm.” ((Buxari, Cənaiz, 3.))

Bir ayədə belədir:

“De ki:“ Mən elçilərin ilki deyiləm; Mənə və sizə nə ediləcəyini bilmirəm. Mən ancaq mənə vəhy edilənə tabeyəm. Mən ancaq açıq bir xəbərçiyəm.” (Əhkaf 46/9)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.