Müsəlmanlar

Qazancın halallığı üçün nəyə fikir vermək lazımdır?

Sual: Ticarət həyatında qazancımızın halal olmasi üçün xüsusilə nələrə diqqət etməyimiz lazımdır? Qısa şəkildə izah edə bilərsizmi?

Cavab: Allah Teala belə buyurur:

“Mallarınızı aranızda haqsızlıqla yeməyin. İnsanların mallarından bir qismini günaha girərək, bilə-bilə o malları yemək üçün hakimlərə verməyin.” (Bəqərə 2/188)

“Müminlər mallarınızı aranızda batıl yolla deyil, qarşılıqlı razılığa dayalı ticarətlə yeyin. Özünüzü öldürməyin; Allah sizə qarşı çox mərhəmətlidir. Kim bunu həddi aşaraq və əyri yola düşüb edərsə onu bir atəşə soxarıq. Bu Allaha görə çox asandır. Sizə endirilən qadağanların böyüklərindən uzaqlaşarsanız, xatalarınızı örtər və sizi şərəfli bir yerə yerləşdirərik.

Allahın birinizi digərindən üstün etdiyi şeylərə imrənməyin. Kişilərə aid olan onların qazandıqlarından bir paydır. Qadınlara aid olan da onların qazandıqlarından bir paydır. Siz Allah qatında üstün olanı istəyin. Çünkü Allah hər şeyi bilir.” (Nisa 4/29-32)

Alış-veriş qarşılıqlı razılaşma ilə həyata keçiriləcəyi üçün tərəflərin dürüst olması və qarşı tərəfə səhv məlumat verməməsi lazımdır. Müştərinin bilgisizliyindən yararlanaraq bazar qiymətinin üstündə qiymət biçmək ya da satıcının bilgisizliyindən yararlanaraq malı bazar qiymətindən ucuz almaq caiz olmaz. Buna gabn deyilir. Qarşı tərəf  bilərək belə bir fərqə razı olmuşsa deyiləcək bir söz yoxdur. Amma bu fərq, tərəflərdən birinin digərini aldatmaq sürətiylə doğmuşsa, əldə edilən qazanc halal olmaz.

Allahın Elçisi bazarın sərbəst meydana gəlməsinə mane olan şeyləri qadağan etmişdir. Bunlar: malları yolda qarşılayıb bazara çatmadan alma, ixtikar(bahalansın deyə gecikdirmə), mövcud olmayan malları satma, malı almadan satma və müştəri qızışdırmadır.

Allahın Elçisi ona dua salam olsun belə demişdir:

“Malları yolda qarşılamayın ki, bazara qədər çatsın.” Çünki bazara çatmayan mal, bilgisizlikdən ucuza satıla bilər. Bir başqa hədisdə, malını yolda satan satıcının bazara gələndə qiyməti yüksək görməsi halında satdığından dönə biləcəyini bildirmişdir. (əl-Bədai, c. V, s. 232. Bu mövzudakı hədislər üçün bax. Əbu Cəfər ət- Təhavi, Şərhu Maanil-Asar, M. Zihni ən-Nəccarın təhqiqiylə, Beyrut, 1407/1987,c. IV, s. 7 vd)

Allahın Elçisi ixtikarı da qadağan etmiş və belə demişdir,

“Çöldən mal gətirən qazanclı olur, möhtəkirlik edən də lənətə məruz qalır.” (İbn Macə, Ticarət,6, Darimi, Büyu, 12)

Onun bir sözü də belədir: “Möhtəkir cinayətkardır” (Müslim, Müsaqat, 130)

İxtikar lüğətdə zülüm və haqsızlıq mənasına gəlir. Termin olaraq fərqli tərifləri vardır. Hənəfilərdən Əbu Yusufa görə ixtikar, “Satın aldığı bir malı, xalqın çox ehtiyac duymasına baxmayaraq satmamaqdır. Belə birinə, özünə və ailəsinə lazım olan miqdardan artığını satması əmr edilir. Satmayıb ixtikarda dirənərsə səlahiyyətli məhkəməyə çıxarılır. Hakim ona nəsihət edər və onu hədələr, ikinci dəfə hakmin hüzuruna çıxarılınca belə etməməsi üçün onu həps edər və cəzalandırır. Ancaq hakim o malı, nə zorla sata bilər nə də narh (rəsmi məqamların təyin etdiyi qiymət) qoya bilər. (Bax: əl- Bədai, c: 5 s.129 və 232)

Satıcı ölçüyə və tərəziyə çox diqqət yetirməlidir. Allah Təala belə buyurur,

“Azca əksiltməylə ölçüb çəkənlərin çəkəcəyi var.

İnsanlardan alanda ölçünün tam olmasını istəyirlər,

Özləri ölçəndə vəya çəkəndə onları zərərə soxarlar.

Bunlar təzədən diriləcəklərini heç hesaba qatmazlarmı?

O əzəmətli günü?

Varlıqların sahibi üçün hər insanın qalxacağı günü” (Mutaffifin 83/1-6)

Azərbaycan dilində uyğunlaşdıran: Aydın Mülayim

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.