Sual: Cəmiyyətdə belə bir şeyə inam var: Ata-ananın etdiyi pislik, günah və səhvlərin əvəzi bu dünyada onların uşaqlarından çıxır. Guya Allah bunu onların övladlarına ödədir! Belə bir şey həqiqətən də, var, yoxsa boş söhbətdir?
Cavab: Allah Təala Quranda buyurur ki, heç bir günahkar başqasının günahını daşımaz (İsra, 17/15). Yəni, heç kəs heç kəsin yükünü çəkməz, günahı ona aid deyil. Günah fərdi-şəxsi bir şeydir. Siz yemək yediyiniz vaxt başqasının qarnı doymur. Bir insan içki içdiyi vaxt o içki başqasının mədəsinə getmir ki! Bir nəfərin ibadətinin də başqalarına bir xeyri yoxdur. Odur ki, bir insanın günahının başqasına bir təsiri yoxdur.
Suala cavab verdi: Abdulaziz Bayındır ((Professor, İstanbul Universiteti İlahiyyat fakültəsinin müəllimi, Türkiyə.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.